18.02.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 18.02.2022-cu il tarixində 21-Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilim şirindir” başlığı altında şeir gecəsi keçirtdi.
Tədbiri giriş sözü ilə şöbənin kitabxanaçısı Nərmin Qasımova açaraq tədbirin məqsədi və bü günün yaranma tarixi haqqında məlumat verdi. Bildirdi ki, 21 fevral bütün dünyada hər il beynəlxalq ana dili günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21- iBeynəlxalq Ana Dili Günü elan edilib. Qeyd etdi ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində,mükəmməl təhsil almasında mühüm rol oynayır. Tədbirdə iştirak edən 26-№-li məktəbin müəlliməsi Mehriban Məmmədova çıxış edərək qeyd etdi ki, dil cəmiyyətin ən dəyərli sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Beləki, hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənənələrini gələcək nəsillərə dil vasitəsilə çatdırır. Sonra tədbir bədii hissə ilə davam etdi. Şagirdlərin ifasında dilimizə həsr olunmuş Bəxtiyar Vahabzadənin “Ana dili”,Süleyman Rüstəmin “Dilimə dəymə”,Teyyub Qurbanın “Ana dilim” və s.şeirləri və eləcədə dilimizə həsr olunmuş mahnılar səsləndi. Tədbir 26№-li fizika-riyaziyyat və informatika təmayüllü məktəbdə təşkil olunmuşdur.